Dünya futbolu

London derbisində “Arsenal”dan darmadağın

”Arsenal” təxirə salınmış oyunda “Çelsi”ni qəbul edib.

İdmanxeber.az məlumat verir ki, “topçular”  derbidə rəqibinə mərhəmət göstərməyib. Hesabı Leandro Trossard açıb. İlk hissədə başqa qol olmayıb.

İkinci hissədə isə Kay Haverts və Ben Vayt dubl edərək “Arsenal”a 5:0 hesablı qələbə qazandırıblar.

Bu qalibiyyətlə “topçular” zirvədəki yerini qoruyub. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43