22 İyul 2026
Dünya futbolu

Lukaku Türkiyə klublarına təklif olundu

Türkiyə Super Liqasında transfer gündəmi yenidən qızışır.

İdmanxeber.az-ın məlumatına görə, “Napoli”nin hücumçusu Romelu Lukaku “Beşiktaş” və “Fənərbağça”ya təklif olunub. 32 yaşlı belçikalı forvardın bazar dəyəri 15 milyon avro qiymətləndirilir.

İstanbul klublarının yay transfer pəncərəsində Lukaku ilə bağlı qərarı maraqla gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43