09 İyun 2026
Dünya futbolu

Mərakeşli sabiq futbolçu Fransa klubunda çalışacaq

Mehdi Benatia “Marsel”in yeni idman direktoru olacaq.

İdmanxeber.az-ın məlumatına görə, 36 yaşlı mərakeşli 2021-ci ilin dekabrında peşəkar futbol karyerasını bitirib. Onun son klubu Türkiyənin “Fatih Karagümrük” komandası olub.

Benatia karyerasında “Roma”, “Yuventus” və “Bavariya” kimi klublarda çıxış edib. Mərakeş millisində 66 oyuna çıxıb və 2 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43