İngiltərənin “Çelsi” və “Mançester Siti” klubları Premyer Liqadan qovula bilər.
İdmanxeber.az “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, hər iki klub maliyyə feyr-pley qaydalarını pozmaqda ittiham olunur. Mənbə iddia edir ki, əgər bu faktlar sübuta yetirilsə, komandaların aşağı liqaya düşmək təhlükəsi var.
Bununla yanaşı, klubları əvvəlki çempionluqlardan məhrum edilmə, xallarının silinməsi və ya transfer qadağası gözləyir.
Xatırladaq ki, noyabrın 17-də Premyer Liqa 2021/22 mövsümü üçün gəlirlilik və davamlılıq qaydalarını pozduğuna görə “Everton”nun 10 xalını silib.

