09 İyun 2026
Dünya futbolu

Maldini “Mançester Yunayted”də çalışa bilər

Paulo Maldini “Mançester Yunayted”in yeni idman direktoru ola bilər.

İdmanxeber.az-ın məlumatına görə, “mankunianlar”ın yeni sahibi olmağı gözlənilən Ser Cim Ratkliff 55 yaşlı italiyalını bu vəzifədə görmək istəyir.

Maldini 2018-23-cü illər arasında “Milan”da texniki direktor kimi çalışıb. O, Teo Hernandes, Rafael Leao, Fikayo Tomori və Mayk Menyan kimi oyunçulara kluba qazandırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43