Fransanın “Sent-Etyen” klubu “Qarabağ”ın futbolçusu İbrahima Vadjini transfer edir.
İdmanxeber.az xəbər verir ki, bu barədə “Lequipe” nəşri məlumat yayıb.
Vadjinin növbəti həftədə Fransaya gedəcəyi və yeni klubu ilə müqavilə imzalayacağı bildirilib.
“Sent-Etyen” 27 yaşlı forvard üçün Azərbaycan təmsilçisinə 1 milyon avrodan çox pul ödəyəcək.

