21 İyul 2026
Dünya futbolu

Madrid klubundan Messinin yanına gedir

“Atletiko”nun yarımmüdafiəçisi Rodriqo De Paulun karyerasını “İnter Mayami”də davam etdirməsi gözlənilir.

İdmanxeber.az-ın məlumatına görə, 31 yaşlı futbol MSL təmsilçisi ilə danışıq aparır. Mayami klubu oyunçunu icarəyə götürmək istəyir. 

“Atletiko” isə keçidi asanlaşdırmaq üçün De Paulla müqavilənin müddətini bir il uzadacaq. Bu dəyişikliklə onun Madrid təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43