04 İyul 2026
Dünya futbolu

“Mahir Emrelinin yerini doldurmalıyıq” – “Konyaspor”un baş məşqçisi

“Konyaspor” klubunun baş məşqçisi Aleksandar Stanoyeviç Mahir Emrelinin komandadan ayrılmasına münasibət bildirib.

İdmanxeber.az-ın Türkiyə mətbuatına istinadən xəbər verir ki, serbiyalı mütəxəssis 25 yaşlı hücumçunun boşluğunun doldurulmadığını açıqlayıb.

“Ötən mövsüm heyətimizdə Mahir Emreli və Mame Diuf var idi. Ancaq onlar komandadan ayrıldılar və yerlərinə heç kim alınmadı. Hücum xəttindəki boşluğu doldurmalıyıq”.

Qeyd edək ki, 2022/2023 mövsümünün ikinci dövrəsini icarə əsasında “Konyaspor”da keçirən Mahir Emreli yay fasiləsində müqavilə ilə məxsus olduğu Xorvatiya “Dinamo”suna (Zaqreb) qayıdıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43