Dünya futbolu

Mahir “Konyaspor”dan niyə ayrılıb? – ÖZƏL

Azərbaycan millisinin üzvü Mahir Emrelinin “Konyaspor”dan ayrılma səbəbi bəlli olub. 

Müqavilə ilə “Dinamo” (Zaqreb) klubuna məxsus olan oyunçu Konya təmsilçisi ilə sözləşmə yeniləməyib. O, bir neçə gün öncə Türkiyə təmsilçisi ilə vidalaşdığını açıqlamışdı.

Türkiyə mətbuatında Emrelinin baş məşqçi Aleksandar Stanoyeviçin planlarına daxil edilmədiyi bildirilsə də, məsələ başqadır. Belə ki, “Konyaspor”da ciddi maliyyə problemləri yaşanır.

Hətta bəzi türkiyəli futbolçular ödəmələrini gec aldığı üçün rəhbərliyə təpki göstəriblər. Maaşını gec alanlardan biri də millimizin üzvü olub.

Bu durumdan narahat olan Emreli “Konyaspor”dan ayrılmaq qərarına gəlib. 

Klub oyunçunun meneceri ilə təmasa keçsə də, futbolçunun “Konyaspor”da qalması baş tutmayıb.

“Dinamo”ya da qayıtmaq istəməyən Emreli Avropadan təklif gözləyir. O, menecerinə karyerasını Xorvatiyada davam etdirmək istəmədiyini bildirib.

İdmanxeber.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43