Ölkə futbolu

Xəbərimiz təsdiqləndi: Əhmədovla yollar ayrıldı, yeni baş məşqçi açıqlandı

“Kəpəz” klubunun İdarə Heyətinin iclası keçirilib 

İdmanxeber.az-ın məlumatına görə, iclasın gündəliyinə iki məsələ daxil edilib. İdarə Heyətinə yeni üzvlərin qəbulu və əsas komandaya baş məşqçi təyinatı toplantının əsas müzakirə mövzusu olub.

Mehman Allahverdiyev və Müzadil Həsənov “Kəpəz” klubunun İdarə Heyətinə üzv qəbul edilib.

İdarə Heyətinin qərarı ilə Azər Məmmədov əsas komandanın baş məşqçisi vəzifəsinə təyin olunub. Mütəxəssis ilə 1+1 illik müqavilə imzalanacaq.

Xatırladaq ki, baş məşqçi Tərlan Əhmədovla yolların ayrılmasını ilk olaraq idmanxeber.az saytı yazmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43