Ölkə futbolu

Mais Mənsimov “itkin gəlin”i izlədi

Premyer Liqanın V turu çərçivəsində, sentyabr ayının 13-də səfərdə əzəli rəqibi “Neftçi” ilə qarşılaşacaq “Xəzər Lənkəran” istirahətini yekunlaşdıraraq hazırlıqlarına paytaxtda start verib.Cənub təmsilçisi sentyabrın 2-də saat 18:30-da Bədən Tərbiyyəsi və İdman Akademiyasının stadionunda məşqə çıxıb. Uzun müddət komandadan uzaq olan, hətta yay təlim-məşq toplantısına da qatılmayan afrikalı futbolçu Sadio Tounkara da hazırlıq prossesində iştirak edib. Əvəzedici heyətdən 6-gənc futbolçunun da qatıldığı məşqi klub prezidenti Mais Mənsimov da izləyib. (12cioyuncu.info)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43