Kateqoriyasız

“Makkabi” “Zirə” ilə oyuna ciddi itkilərlə çıxacaq

Konfrans Liqasının II təsnifat mərhələsində Bakıda “Zirə”nin qonağı olacaq İsrailin “Makkabi” klubu oyuna ciddi itkilərlə çıxacaq.

İdmanxeber.az-ın məlumatına görə, Təl-Əviv təmsilçisinin iki əsas futbolçusu – yarımmüdafiəçi Nir Biton və hücumçu Eran Zahavi Bakıya gətirilməyəcək.

Hər iki futbolçu zədə səbəbindən ilk görüşü buraxacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43