Kateqoriyasız

“Makkabi”nin məşhur futbolçusu “Zirə”yə qarşı oynamaya bilər

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Zirə” ilə qarşılaşacaq İsrailin “Makkabi” (Tel-Əviv) klubu yeni transfer etdiyi Eran Zahavinin xidmətindən ilk görüşdə istifadə etməyə bilər.

İdmanxeber.az-ın məlumatına görə, buna səbəb 35 yaşlı hücumçunun zədədən sonra bərpa prosesinin uzun çəkməsidir. Fərdi qaydada məşq edən təcrübəli forvardın kollektivlə məşqlərə nə vaxt başlayacağı bəlli deyil.

Qeyd edək ki, “Zirə”nin “Makkabi”yə qarşı ilk oyunu iyulun 21-də Bakıda olacaq. “Dalğa Arena”dakı görüş saat 20:00-da start götürəcək. İyulun 28-də Təl-Əvivdəki “Blumfild” stadionunda təşkil olunacaq cavab qarşılaşması isə Bakı vaxtı ilə saat 21:30-da başlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43