Dünya futbolu

“Mançester Siti” “Jirona”nın oyunçusunu transfer edir

“Mançester Siti” “Jirona”nın oyunçusu Savionu transfer etmək istəyir.

İdmanxeber.az insayder Fabritsio Romanoya əsasən xəbər verir ki, 19 yaşlı braziliyalı yayda “şəhərlilər”ə qoşulacaq.

Savio bu mövsüm La Liqada 23 oyunda 5 qol vurub və 7 məhsuldar ötürmə edib.

Xatırladaq ki, “Mançester Siti” və “Jirona” hər ikisi “City Football Group”a daxildir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43