“Qalatasaray” “Hannover”də çıxış edən Derrik Kenlə maraqlanır.
İdmanxeber.az-ın məlumatına görə, “sarı-qırmızılar” 24 yaşlı sağ cinah müdafiəçisini satınalma hüququyla birlikdə mövsümün sonuna qədər icarəyə götürmək istəyir.
Bundesliqa 2-də mübarizə aparan “Hannover”in heyətində bu mövsüm 20 oyuna çıxan Ken 3 qol vurub və 6 məhsuldar ötürmə edib.