“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasında növbəti uğurtuna imza atıb.
İdmanxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssis turnirdə 158 oyunda 100-cü qələbəsini qazanıb. O, bu göstəriciyə ən tez çatmış məşqçi ünvanına sahib olub.
Çempionlar Liqasında ən çox qələbə qazanan mütəxəssis “Real”ın baş məşqçi Karlo Ançelottidir. İtaliyanın aktivində 105 qalibiyyət var.
İkinci sırada isə 102 qələbə ilə Aleks Ferqyuson gəlir.
Xatırladaq ki, Ançelotti 180-ci, Ferqyuson isə 184-cü oyunundan sonra 100-cü qələbəsini qazanıb.

