“Mançester Yunayted” yayda “Aston Villa”nın qapıçısı Emiliano Martinesi ala bilər.
İdmanxeber.az-ın məlumatına görə, 32 yaşlı argentinalı klubdan ayrılmaq istəyir. “Qırmızı şeytanlar” oyunçu üçün danışıqlara start verib.
2024/25 mövsümündə Martines “Aston Villa” ilə bütün yarışlarda 53 oyunda 61 qol buraxıb.
Argentinalının hazırkı müqaviləsi 30 iyun 2029-cu ilə qədərdir. Transfermarkt portalı qapıçının transfer dəyərini 20 milyon avro qiymətləndirir.

