18 İyul 2026
Dünya futbolu

“Mançester Yunayted” hücumçusu ilə yolları ayırır

“Mançester Yunayted” qışda heyətinə cəlb etdiyi Vout Veqorstla yollarını ayıracaq.

İdmanxeber.az xarici mətbuata istinadən xəbər verir ki, baş məşqçi Erik Ten Haq oyunçunun performansından məmnun deyil. Niderlandlı hücumçunun yayda komandanı tərk etməsi gözlənilir.

Müqavilə ilə “Bernli” klubuna məxsus olan Veqorst Premyer Liqaya yüksələn klubda da düşünülmür. Komandanın baş məşqçisi Vensan Kompani onu planlarına daxil etməyib.

Təcrübəli forvardın yenidən Türkiyəyə qayıtmaq ehtimalı var. O, cari mövsümün ilk yarısını “Beşiktaş”da keçirib. 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43