08 İyun 2026
Dünya futbolu

“Mançester Yunayted” Martinez üçün təklif göndərib

“Mançester Yunayted” “Aston Villa”nın qapıçısı Emiliano Martinesi heyətinə qatmaq istəyir.

İdmanxeber.az-ın məlumatına görə, Mançester klubu argentinalı oyunçu üçün rəsmi təklif göndərib. Hazırda tərəflər arasında danışıqlar gedir.

Martinesin “Aston Villa” ilə müqaviləsinin müddəti 2029-cu ilin ortalarına qədərdir.

O, 2020-ci ilin sentyabrından İngiltərə klubunda çıxış edir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43