Kateqoriyasız

“Mançester Yunayted” millinin hücumçusunu istəyir

“Ayntraxt”ın hücumçusu Randal Kolo-Mouani karyerasını Premyer Liqada davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, “Mançester Yunayted” futbolçunun xidmətində maraqlıdır. Hücumçu axtarışında olan Premyer Liqa klubu oyunçunu yayda rənglərinə bağlamaq niyyətindədir.

Bundesliqa təmsilçsii Fransa millisinin üzvü üçün 120 milyon avro tələb edir. Onun PSJ-nin də maraq dairəsində olduğu bildirilir.

24 yaşlı hücumçu bu mövsüm “Ayntraxt”ın heyətində bütün turnirlərdə 34 oyunda 16 qol vurub və 12 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43