Dünya futbolu

“Beşiktaş” “Çelsi”nin forvardı üçün hərəkətə keçdi

“Beşiktaş” transfer çalışmalarını davam etdirir.

İdmanxeber.az-ın məlumatına görə, İstanbul klubu “Çelsi”nin forvardı Denis Zakarianı heyətinə qatmaq fikrindədir. Baş məşqçi Şenol Güneş futbolçunu komandasında görmək istəyir.

“Beşiktaş” yayda London klubu ilə təmasa keçəcək. Əgər rəhbərlik Zakarianın birdəfəlik keçidini həll edə bilməsə, oyunçunu icarəyə də götürə bilər.

İsveçrə millisinin üzvü yığmada çıxdığı 45 oyunda 3 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43