09 İyul 2026
Dünya futbolu

“Mançester Yunayted” qapıçısını satır

“Mançester Yunayted”in qapıçısı Andre Onana komandadan ayrıla bilər.

İdmanxeber.az-ın məlumatına görə, rəhbərlik oyunçunu satmağa müsbət yanaşır. Baş məşqçi Ruben Amorim də 28 yaşlı qolkiperin gedişinə mane olmayacaq.

Kamerun millisinin üzvü bu mövsüm “qırmızı şeytanlar”ın heyətində meydana çıxdığı 40 rəsmi matçda 53 qol buraxıb. Təcrübəli qapıçı 9 oyunda qapısını toxunulmaz saxlamağı bacarıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43