09 İyul 2026
Dünya futbolu

Xabi Alonso “Real”a keçir?

“Bayer”in baş məşqçisi Xabi Alonso bu gün gələcəyi ilə bağlı mühüm açıqlama verəcək.

İdmanxeber.az-ın məlumatına görə, bir müddətdir mütəxəssisin “Real”ın başına keçəcəyi iddia edilir. Alonso bu xəbərlərə münasibət bildirəcək.

Alonsonun Leverkuzen klubu ilə hazırkı müqaviləsi 2026-cı ilə qədərdir. Onun rəhbərliyi altında komanda 2023/24 mövsümündə Almaniya çempionu olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43