“Mançester Yunayted” mövsüm başa çatdıqdan sonra Ruben Amorimi göndərmək niyyətində deyil.
İdmanxeber.az-ın məlumatına görə, klub 40 yaşlı portuqaliyalının oyun tərzinə uyğun futbolçular almağa diqqət yetirib. Rəhbərlik onun işindən narazı deyil.
Amorim 2024-cü ilin noyabrında “Mançester Yunayted”in baş məşqçisi vəzifəsinə keçib. Onun rəhbərliyi altında komanda 39 oyun keçirib, 16 qələbə qazanıb, 8 dəfə heç-heçə edib və 15 matçda uduzub.
“Mançester Yunayted” bu mövsüm Avropa Liqasının finalına yüksəlib və burada “Tottenhem”lə qarşılaşacaq. Oyun mayın 21-də baş tutacaq.

