Niderland millisinin müdafiəçisi Tayrell Malasiya “Mançester Yunayted”dən ayrılaraq La Liqaya keçə bilər.
İdmanxeber.az-ın məlumatına görə, 26 yaşlı oyunçu ilə “Elçe” maraqlanır. İngiltərə klubu futbolçunun transferinə razıdır.
Malasiya 2022-ci ildən “Mançester Yunayted”də çıxış edir və müqaviləsi 2026-cı ilə qədərdir.

