“Mançester Yunayted” “Real”ın müdafiəçisi Eder Militao ilə maraqlanır.
İdmanxeber.az-ın məlumatına görə, “qırmızı şeytanlar” 28 yaşlı futbolçu üçün 40 milyon avro təklif etməyə hazırdır.
Mançester təmsilçisi növbəti mövsüm UEFA Çempionlar Liqasına vəsiqə qazanacağı təqdirdə, transferlərə 250 milyon avro xərcləməyi planlaşdırır.
Militaonun “Real”la müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.

