“Qarabağ” hücumçusu Nəriman Axundzadənin transferi ilə bağlı açıqlama yayıb.
İdmanxeber.az-ın məlumatına görə, açıqlamada millimizin üzvü ilə bağlı MLS (ABŞ) təmsilçisi “Kolumbus Kru” klubu ilə aparılan danışıqları yekun mərhələyə çatdığı və tərəflər arasında razılıq əldə olunduğu bildirilir.
Mövcud razılaşmaya əsasən, futbolçuya qarşı tərəf ilə şəxsi müqavilə şərtlərinin müzakirə edilməsinə icazə verilib.
Prosesin növbəti mərhələləri ilə bağlı əlavə məlumat rəsmi şəkildə ictimaiyyətə təqdim olunacağı da açıqlamada vurğulanıb.

