Kateqoriyasız

Marko Rossi: “Azərbaycan millisi bizi təəccübləndirmədi”

Macarıstan millisinin baş məşqçisi marko Rossi AVRO-2020-nin seçmə mərhələsində Bakıda Azərbaycana qalib gəldikləri (3:1) matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.

– Bugünkü oyun arzuladığınız kimi keçdi?
– Xeyr. Bəzi epizodlarda əziyyət çəkdik. İlk hissədə çətinliklər oldu. İkinci hissəyə yaxşı başladıq. Şans yaratdıq və tez qol vurduq. Bundan sonra da çoxlu imkanlarımız oldu. 2 top fərqini yaratdıqdan sonra daha ehtiyatlı oynadıq və növbəti matç barədə fikirlər yarandı.

– Matçın sonunda nə baş verdi, hakim niyə sizi texniki zonadan qovdu?
– Texniki zona 2 kv. metr ərazidi. İki dəfə cəmi xətti keçmişdim. Həmin epizodda fikirləşirdim ki, aut bizim lehimizə verilməlidi. Futbol elədi ki, 3 dəqiqənin içində hər şey dəyişə və biz üstünlüyü əldən verə bilərdik. Biz teatrda deyilik, tennis oynamırıq. Futbol çox emosional oyundu.

– Azərbaycan millisi sizi nə iləsə təəccübləndirdimi?
– Azərbaycanlı futbolçular hər top üçün döyüşürdü. Oyuna çox yaxşı köklənmişdilər. Eddi İsrafilovsuz Dmitri Nazarovla oynayacaqlarını düşünürdük. Rəqib sağ cinahdan təhlükəli hücumlar yaratdı. Biz təəccüblənmədik. Oyun gözlədiyimiz kimi keçdi. Əsas 3 xal qazanmaq idi bunu da etdik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43