19 İyul 2026
Dünya futbolu

“Marsel” Stiv Mandandanın formasını əbədiləşdirdi 

Fransanın “Marsel” klubu əfsanəvi qapıçısı Stiv Mandandanın şərəfinə onun 30 nömrəli formasını əbədiləşdirib. 

İdmanxeber.az-ın məlumatına görə, klubun bu qərarı veteran qolkiperin “Marsel” tarixindəki xidmətlərini xatırlatmaq və dəyərləndirmək məqsədi daşıyır.

Mandanda 15 ilə yaxın müddətdə “Marsel”in heyətində çıxış edərək, 613 oyunda klubun şərəfini qoruyub. Fransalı qapıçı 40 yaşında peşəkar karyerasını başa vurub. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43