10 İyul 2026
Dünya futbolu

“Marsel”in oyunçusu “Qalatasaray”a keçə bilər

“Marsel” Conatan Klossla yolları ayırmağa hazırlaşır.

İdmanxeber.az “L’Equipe” nəşrinə əsasən xəbər verir ki, 31 yaşlı oyunçu karyerasını Türkiyədə davam etdirə bilər. Fransalı futbolçu sağ cinah müdafiəçisi axtaran “Qalatasaray”a önərilib.

Kloss bu mövsüm “Marsel”in heyətində 28 oyunda 2 qol vurub və 8 məhsuldar ötürmə edib. O, Fransa millisində isə 10 oyuna çıxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43