03 İyul 2026
Ölkə futbolu

Masazırda matç bitdi, “Qarabağ”ın futbolçuları üsyan etdi – VİDEO

Azərbaycan kubokunda 1/2 finalın cavab oyunları çərçivəsində “Sabah” doğma meydanda “Qarabağ”a 2:1 hesabı ilə qalib gəlib.

İdmanxeber.az xəbər verir ki, qarşılaşmanın final fitindən sonra meydanda vəziyyət gərginləşib. Görüşün sonlarında penalti gözləyən Ağdam təmsilçisinin futbolçuları baş hakim Rəvan Həmzəzadəyə sərt təpki göstərib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43