PSJ Fransa çempionatının 16-cı turu çərçivəsində səfərdə “Lill”lə heç-heçə edib (1:1).
İdmanxeber.az-ın məlumatına görə, qonaqların yeganə qolunu Kilian Mbappe penaltidən vurub. Bu, fransalı hücumçunun Liqa 1-də keçirdiyi 232-ci oyununda 180-ci qoludur.
Bu göstəriciyə görə, 24 yaşlı Mbappe Karlos Byankanı (179 qol) keçərək, Liqa 1-də qol sayısında ilk beşliyə daxil olub.
Çempionatın rekordçusu 449 matçda 299 qol vuran Delio Onnis olaraq qalır.

