“Roma”nın və Argentina millisinin oyunçusu Paulo Dibala hücumçu Lionel Messinin milli komanda üçün əhəmiyyətindən danışıb.
İdmanxeber.az-ın məlumatına görə, o, Leonun əvəzedilməz olduğunu bildirib. Dibala ulduz oyunçunu örnək götürdüklərini açıqlayıb:
“Messi əfsanədir, kapitanımızdır və bu unikal bir şeydir. O, kumirdir. Futbol üçün xüsusi adamdı. Onun sayəsində dünya çempionatı zamanı insanlar özlərini komanda ilə eyni hiss etdilər. Bütün ölkə bizimlə birgə mübarizə aparırdı. Azarkeşlərə xoşbəxtlik bəxş etmək isə əlavə qələbədir”.
Messi 2005-ci ildən Argentina millisində çıxış edir. Ümumilikdə o, komandanın heyətində 175 oyun keçirib və 103 qol vurub.
Milli komanda ilə birlikdə 8 kubok qazanıb.

