04 İyul 2026
Dünya futbolu

“Milan”ın hücumçusunu satışa çıxardı

“Milan”ın hücumçusu Rafael Leao yayda komandadan ayrıla bilər.

İdmanxeber.az-ın məlumatına görə, İtaliya klubu 26 yaşlı futbolçunu sərfəli təklif olacağı halda satmağa hazırdır. Onunla “Mançester Siti”, “Liverpul” və “Real Madrid” maraqlanır.

“Milan” portuqaliyalı forvardın transferindən təxminən 60 milyon funt-sterlinq gəlir əldə etməyi planlaşdırır. Leao bu mövsüm 27 oyunda 10 qol vurub və 3 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43