21 İyun 2026
İdman

Millimiz Çində bürünc medal qazandı

Azərbaycanın cüdo yığması Çinin Çendu şəhərində keçirilən XXXl Ümumdünya Yay Universiadasında bürünc medal qazanıb.

İdmanxeber.az xəbər verir ki, millimiz Monqolustana 3:1 hesabı ilə qalib gələrək komanda hesabında üçüncü yeri tutub.

Qeyd edək ki, daha əvvəl fərdi yarışda cüdoçulardan Rəşid Məmmədəliyev (73 kq) gümüş, Yaşar Nəcəfov (66 kq) və Leyla Əliyeva (48 kq) bürünc medal qazanıblar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43