Luis Hamilton Maks Ferstappenlə yarışa biləcəyini düşünür.
İdmanxeber.az-ın məlumatına görə, İngiltərə pilot bu haqda açıqlama verib:
“Maks qədər sürətli olmaq istəyərəm? Əlbəttə! Onun qədər sürətli bir maşın məndə olsaydı, çempionatda bu qədər fərq açılmazdı.”
Xatırladaq ki, Ferstappen 12 yarışdan sonra 314 xalla çempionata başçılıq edir. O, 2-ci yerdəki komanda yoldaşı Peresi 125 xalla qabaqlayır. Hamilton isə 3-cü yerdəki Alonsonun 1 xal gerisində 148 xalla 4-cüdür.

