Azərbaycan milli komandası bu gün DÇ-2026-nın seçmə mərhələsində növbəti oyununa çıxıb.
İdmanxeber.az xəbər verir ki, D qrupunda yer alan komandamız Parisdə Fransa yığmasının qonağı olub. Görüş ev sahibinin qələbəsilə başa çatıb – 3:0.
10 oktyabr
Fransa – Azərbaycan 3:0
Qollar: Mbappe, 45+2, Adrian Rabyo, 69, Florian Tauvin, 84
“Park de Prens” stadionu. Saat 22:45
Baş hakim: Rohit Saqqi
Baş hakimin köməkçiləri: Yorgen Ronninq Valstadsve, Ole Andreas Haukasen
Dördüncü hakim: Daniel Higraff
VAR: Tom Harald Hagen
AVAR: Siqurd Krinqstad
(Hakimlər briqadası Norveçdəndir)

