16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Maltada təşkil olunmuş UEFA İnkişaf turnirində bu gün ilk oyununu keçirəcək.
İdmanxeber.com-un məlumatına görə, yığmamız Lixtenşteyn komandası ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 16:15-də başlayacaq.
Qeyd edək ki, millimiz sözügedən turnirdə Lixtenşteynlə yanaşı, Malta və Belarusla üz-üzə gələcək.
24 mart
16:15. Azərbaycan – Lixtenşteyn

