İdman

Millimiz sabah Norveçdə ilk məşqinə çıxır

DÇ-2018-in seçmə mərhələsində səfərdə  Norveçlə qarşılaşacaq millimizin sözügedən ölkədəki məşqinin saatı müəyyənləşib.

İdmanxeber.com-un AFFA-nın saytına istinadın yaydığı xəbərə görə, "Ullevaal" stadionunda keçiriləcək məşq  avqustun 31-ü Bakı vaxtı ilə 22:45-də (yerli vaxtla 20:45-də) başlayacaq. Məşqin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq.

Qeyd edək ki, Norveç – Azərbaycan matçı sentyabrın 1-i keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43