Ölkə futbolu

Transfer daşa dirəndi: O da “Qarabağ”a “yox” dedi

UEFA Çempionlar Liqasının qrup mərhələsində nəhəng komandalara qarşı çətin sınaqları olan "Qarabağ" transfer çalışmalarını davam etdirir.

İdmanxeber.com-un məlumatına görə, Ağdam təmsilçisi bu dəfə İtaliya klubu "Boloniya"dan Antoni Münyeniyə "qarmaq" atıb. Daha əvvəl istədiyi futbolçulardan müsbət xəbər ala bilməyən "köhlən atlar" eyni aqibətlə üzləşib. Bu dəfə 29 yaşlı fransalı yarımmüdafiəçi komandamıza "yox" cavabı verib.

Qeyd edək ki, “Qarabağ”ın maraq göstərdiyi futbolçu son olaraq icarə əsasında “Atalanta”da çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43