Futbol üzrə milli komandamız əslən azərbaycanlı futbolçu Aleksandr Səmədovun yanında ələ salınıb.
İdmanxeber.com sovsport.ru-ya istinadən xəbər verir ki, bu hadisə Rusiya yığmasının futbolçuları və baş məşqçi Fabio Kapellonun uşaqlarla görüşü zamanı baş verib.
Belə ki, uşaqlardan biri Berezutskiyə "2018-ci il dünya çempionatının finalında hansı ölkə yığması ilə qarşılaşmaq istərdiniz" – sualını verib. Müdafiəçi isə cavabında "Evimizdə keçirəcəyimiz mundialın finalında oynamaq istərdik. Amma rəqibin kimliyi önəmli deyil. Misal üçün, Azərbaycanla görüşsək, əla olardı" – deyib. Futbolçunun bui cavabı isə zaldakıların gülüşünə səbəb olub.
Aleksandr Səmədov isə gülə-gülə "Mən razıyam, gözəl olardı" – deyə reaksiya verib.

