Millimizin futbolçusu Rahil Məmmədov Polşanın “Radomyak” klubundan ayrılıb.
İdmanxeber.az-ın məlumatına görə, 29 yaşlı müdafiəçinin artıq Radom şəhərini tərk etdiyini bildirib. Klub yaxın zamanda bun barədə rəsmi açıqlama verəcək.
Məmmədovun klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin yayınadək qüvvədə idi. Bu komandada Azərbaycan yığmasının digər üzvü Renat Dadaşov da çıxış edir.

