10 İyul 2026
Ölkə futbolu

Millimizin futbolçusu Türkiyədə klubunu dəyişdi

Millimizin futbolçusu Coşqun Diniyev Türkiyədə klubunu dəyişib.

İdmanxeber.az-ın məlumatına görə, 30 yaşlı yarımmüdafiəçi “Bandırmaspor”dan “Çorum”a keçib. Onun yeni klubu ilə 1,5 illik müqavilə imzalayacağı gözlənilir.

Diniyev “Bandırmaspor”un heyətində meydana çıxdığı 20 matçda 2 məhsuldar ötürmə edib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43