20 İyul 2026
Ölkə futbolu

Millimizin futbolçusunun durumu dəqiqləşdi –  Əməliyyat olunacaq 

“Şamaxı”nın futbolçusu Edqar Adilxanovun ciddi zədə aldığını xəbər vermişdik.

İdmanxeber.az-a verilən məlumata görə, U-21 millimizin üzvünün qasıq əzələlərində dartılma var. Yarımmüdafiəçinin durumu ciddidir.

Gənc futbolçu yaxın vaxtlarda əməliyyat olunacaq. Onun 2-3 ay yaşıl meydanlardan kənar qalacağı gözlənilir.

Xatırladaq ki, 20 yaşlı futbolçu cari mövsüm “Şamaxı” forması ilə 3 oyunda çıxış edib və 1 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43