11 İyul 2026
Ölkə futbolu

Millimizin Qazaxıstanla oyununun vaxtı açıqlandı

Azərbaycan futzal millisinin DÇ-2024-ün elit mərhələsində Qazaxıstanla keçirəcəyi səfər oyununun yeri və başlama saatı açıqlanıb.

İdmanxeber.az Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə istinadən məlumatına görə, görüş oktyabrın 11-də Astanadakı “Jekpe-Jek Arena”da təşkil olunacaq.

Matçın start fiti Bakı vaxtı ilə saat 18:00-da səslənəcək.

Qeyd edək ki, bu arena 2019-cü ildə istifadəyə verilib. İdman qurğusunda bir neçə idman növü üzrə beynəlxalq yarışlar və festivallar keçirilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43