Millimizin sabiq üzvü Abdulla Abatsiyevin Rusiyanın “Torpedo” klubuna keçdiyini xəbər vermişdik.
İdmanxeber.com-un məlumatına görə, “Torpedo” təlim-məşq toplanışı çərçivəsində Ermənistanın paytaxtı İrəvana yollanıb. Komanda ilk yoxlama oyunununda yerli “Banants”la qarşılaşıb və 0:1 hesabıyla məğlub olub. Abatsiyev matçın ikinci hissəsində meydana çıxıb.
Qeyd edək ki, vaxtilə “İnter”də çıxış etmiş Abatsiyev ölkəmizdən ayrılarkən Azərbaycan vətəndaşlığından da imtina edib.