10 İyul 2026
Kateqoriyasız

Millimizin üzvü Almaniyada növbəti qolunu vurdu

Futbol üzrə Almaniya Qərb Regional Liqasında mövsümün sonuncu – 38-ci turunun oyunları keçirilib.

İdmanxeber.com-un məlumatına görə, millimizin üzvü Toğrul Eratın çıxış etdiyi “Fortuna”nın ikinci komandası doğma meydanda “Kray”la qarşılaşıb.

Doqquz qolun vurulduğu oyun Eratın komandasının qəlbəsi ilə başa çatıb – 6:3. Millimizin üzvü matçın 71-ci dəqiqəsində komandasının5-ci qoluna imza atıb. Dörd dəqiqə sonra isə əvəzlənib.

Qeyd edək ki, “Fortuna”  mövsümü 59 xalla 19 klub arasında 6-cı pillədə başa vurub.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43