11 İyul 2026
İdman

Millimizin üzvü karyerasını başa vurdu

Bədii gimnastika üzrə Azərbaycan millisinin Arzu Cəlilova karyerasını başa vurub.

İdmanxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Avropa çempionatının bürünc, gənclər arasında dünya birinciliyinin gümüş və bürünc medalçısı Milli Gimnastika Arenasında son çıxışını edərək gimnastika ilə vidalaşıb.

AGF-nin baş katibi Fatimə Şəfizadə sabiq milli üzvünü ölkəmizdə gimnastikasının inkişafına verdiyi töhfələrə görə təltif edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43