29 İyun 2026
Dünya futbolu

Modriç “Milan”a keçir?

“Real”ın  əfsanəvi yarımmüdafiəçisi Luka Modriçin gələcəyi ilə bağlı spekulyasiyalar davam edir.

İdmanxeber.az-ın məlumatına görə, 39 yaşlı xorvatiyalı futbolçu İtaliya A Seriyasında çıxış etməyə maraqlıdır və “Milan” onun üçün potensial variantlardan biridir. Hazırda tərəflər arasında danışıqlar davam edir və yaxın günlərdə bu məsələyə aydınlıq gələcəyi gözlənilir.

Xatırladaq ki, Modriç Madrid təmsilçisində keçirdiyi 13 uğurlu mövsümdən sonra klubdan ayrıldığını açıqlayıb. O, 6 Çempionlar Liqası, 4 La Liqa və 1 “Qızıl top” da daxil olmaqla, 28 kubok qazanaraq klub tarixinin ən titullu oyunçusuna çevrilib.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43