29 İyun 2026
Ölkə futbolu

Onun gözü “Turan Tovuz”da – Keçid alınacaqmı?

“Neftçi”dən ayrılan Rəhman Hacıyev özünə klub axtarışındadır. Millimizin sabiq üzvü karyerasını Azərbaycanda davam etdirmək niyyətindədir.

O, Premyer Liqa klublarından təklif gözləyir.

Əldə etdiyimiz məlumata görə, Hacıyev “Turan Tovuz”da çıxış etmək istəyir. O, meneceri vasitəsilə Tovuz klubu ilə təmasa keçib. Futbolçu əgər şərtlər uyğun olarsa, “Turan Tovuz”da oynamaq istədiyini bildirib.

Hələlik qarşı tərəfdən yarımmüdafiəçiyə konkret cavab gəlməyib. Klub transfer üçün yekun qərar verildiyində oyunçuya məlumat verəcəyini söyləyib.

İdmanxeber.az 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43